Close

UEFA Avropa Liqası matçının yerini dəyişdi

UEFA Avropa Liqasının “Makkabi” (Hayfa) – “Renn” oyununun yerini dəyişib.

TNS xəbər verir ki, məlum səbəblərdən “Makkabi” rəqibini İsraildə qəbul edə bilmir.

Bu üzdən görüş Belqraddakı “Rayko Mitiç” stadionuna salınmışdı. Lakin matçın bu arenada keçirilməsinin də mümkün olmadığı bildirilib. Bu səbəbdən qitə futbol qurumu oyunun Budapeştdəki “Puşkas Arena”da keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, qrup mərhələsinin V turu çərçivəsində təşkil olunacaq oyun noyabrın 30-da boş tribunalar önündə olacaq.