Bu komanda "Formula 1"dən ayrıldığını açıqladı

"Alfa Romeo" "Formula 1"dən ayrılır.
TNS xəbər verir ki, brendi ilə "Sauber" arasında 2018-ci ildə başlayan strateji kommersiya tərəfdaşlığı Abu-Dabi Qran Prisində yekunlaşacaq. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
"Alfa Romeo" Beynəlxalq Avtomobil Federasiyasına (FIA), indiyə qədər komandanın bir hissəsi olmuş bütün pilotlara və əməkdaşlara təşəkkürünü bildirib.
“Bir brendin tarixində belə mühüm bir dövrü bağlamağın, bu barədə düşünməyin vaxtıdır. "Alfa Romeo" üçün bu "Formula 1" macərası ən yüksək səviyyədə beynəlxalq yarış, eləcə də insan və idman təcrübəsi oldu. Mənim fikrimcə, burada gördüyümüz işdən investisiyanın qaytarılması bütün karyeramın ən müsbət məqamı oldu. "Alfa Romeo"nun DNT-sində rəqabət var və uyğun şərtlər yaranan kimi pərəstişkarlarını sevindirmək üçün geri qayıdacaq”, - deyə "Alfa Romeo"nun baş direktoru Jan-Philippe İmparato bildirib.