AFFA-da Canni De Byazi ilə bağlı FÖVQƏLADƏ İCLAS
78
14:41 - 21 Noyabr 2023

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
TNS qurumun rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 22-də təşkil olunacaq yığıncaq saat 10:00-da başlayacaq.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək, italiyalı mütəxəssislə müqavilə müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, 2020-ci ilin avqustundan yığmaya başçılıq edən 67 yaşlı çalışdırıcının AFFA ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq.