Close

Qurban Qurbanovdan son illərin ən gözlənilməz qərarı

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov gözlənilməz qərar verib.

TNS sportinfo.az-a istinadən xəbər verir ki, bu qərara əsasən, «köhlən atlılar»ı qış fasiləsini Azərbaycanda keçirəcək.

Həmişə dövrələrarası və mövsümlərarası fasilə zamanı ölkə xaricinə üz tutan Ağdam klubu bu dəfə Bakıdan kənara çıxmayacaq.

Kollektiv Suraxanıda yerləşən bazasında məskunlaşacaq və 1-2 yoxlama görüşündə qüvvəsini sınamaqla kifayətlənəcək.