Maks Ferstappen mövsümdə 18-ci qələbəsini qazanıb
48
12:01 - 19 Noyabr 2023

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 22-ci mərhələsinin - Las-Veqas Qran prisinin qalibi olub.
TNS xəbər verir ki, ikinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub.
İlk "üçlüy"ü "Red Bull"un digər sürücüsü Serxio Peres qapayıb.
Beləliklə, üçqat dünya çempionu Ferstappen cari mövsüm 18-ci, ümumilikdə isə 53-cü qələbəsini qazanıb.