"Neftçi" "Zenit"i məğlub edib
59
23:35 - 18 Noyabr 2023

“Neftçi” bu gün yoldaşlıq oyunu keçirib.
TNS xəbər verir ki, Bakı klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Rusiya təmsilçisi “Zenit”lə qarşılaşıb.
Komandalar “Neftçi Arena”da üz-üzə gəliblər. Görüş saat 21:00-da başlayıb. Matç təmsilçimizin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yayda Rusiyada keçirilən qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanmışdı.