Close

İngiltərə futbolunda bir ilk

İngiltərə futbolunda bir ilk yaşanıb.

TNS “Sky Sport”a istinadən xəbər verir ki, Premyer Liqa yaranandan bəri ilk dəfə ölkə çempionu olan komandalar Çempionşipdə üz-üzə gəlib.

“Blekbern” və “Lester” Çempionşipin 9-cu turunda qarşılaşıblar. Matç "Lester"in 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, "Blekbern" 1994/1995, “Lester” isə 2015/2016 mövsümündə İngiltərə çempionu olub.