Azərbaycan millisinin voleybolçusu Rumıniyada gümüş medal qazanıb
70
13:08 - 02 Oktyabr 2023

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban Rumıniyada gümüş medal qazanıb.
Azərbaycan Voleybol Federasiyasından TNS-ə verilən məlumata görə, hücumçunun şərəfini qoruduğu “CSM Lugoj” klubu Rumıniya Superkuboku uğrunda matçda “CSM Volei Alba Blaj” kollektivi ilə qarşılaşıb.
Y. Rubanın çıxış etdiyi komanda rəqibinə 1:3 hesabı ilə məğlub olaraq, ikinci yerə layiq görülüb.