Close

Messi meydana nə vaxt qayıdır?

“İnter Mayami”nin futbolçusu Lionel Messinin meydanlara qayıdacağı vaxt müəyyənləşib.

TNS ABŞ mətbuatına istinadən xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən 36 yaşlı hücumçu oktyabrın 8-də MLS çərçivəsində keçiriləcək “Çinçinnati” ilə görüşdə meydana çıxa bilər. Argentinalı forvard oktyabrın 5-də baş tutacaq "Çikaqo Fayr"la qarşılaşmanı tribunadan izləyəcəyi dəqiqdir.

Qeyd edək ki, Messi zədə səbəbindən "İnter Mayami"nin son üç oyununu, o cümlədən ABŞ Açıq Kubokunun finalında “Hyuston Dinamo”ya uduzduqları matçı buraxıb.