"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
17
22:29 - 29 Sentyabr 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
TNS xəbər verir ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"la üz-üzə gəlib
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.
Qolları 22 və 26-cı dəqiqələrdə Olavio Juninyo, 42-ci dəqiqədə penaltidən Toral Bayramov, 44-cü dəqiqədə Leandro Andrade, 50-ci dəqiqədə Abdullah Zubir vurub.
Turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.