Azərbaycanın idman gimnastları dünya çempionatına yollanıblar
11
13:54 - 26 Sentyabr 2023

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Belçikada keçiriləcək 52-ci dünya çempionatına yola düşüblər.
Federasiyadan TNS-ə verilən məlumata görə, Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova Antverpen şəhərinə yollanıblar.
Qeyd edək ki, yarış 30 sentyabr – 8 oktyabr tarixlərində baş tutacaq.