2023-cü ilin ən çox qazananı- Ginnesin Rekordlar Kitabına düşdü

Kriştiano Ronaldo 2023-cü ildə ən yüksək gəlirlə Ginnesin Rekordlar Kitabına düşüb.
TNS xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat paylaşılıb.
Bildirilib ki, 2023-cü il mayın 1-dək (əksər idman mövsümlərinin bitmə tarixi), 12 ay ərzində Ronaldo 136 milyon dollar qazanıb.
Portuqaliyalı futbolçu təqribən 130 milyon dollarla 2022-ci ilin ən çox qazanan idmançısı olan Messinin rekordunu üstələyib.
Ronaldonun rekord gəliri meydanda 46 milyon dollar, idman karyerasından kənarda 90 milyon dollardan ibarətdir.
2022-2023-cü illərdə ən çox qazanan idmançılardan Lionel Messi və Kilian Mbappe isə ikinci və üçüncü yerləri tuturlar.