UEFA-nın ötən mövsüm klublara ödədiyi vəsait açıqlanıb
10
15:20 - 24 May 2023

UEFA avrokuboklarda mübarizə aparan futbol klublarına 2021-2022-ci il mövsümündə edilən ödənişlərin maliyyə hesabatını dərc edib.
TNS xarici KİV-ə istinadla xəbər verir ki, UEFA iştirakçılara, ümumilikdə, 2 milyard 731 milyon 900 min avro vəsait ödəyib.
İspaniyanın “Real Madrid” komandası tarixində 14-cü dəfə ən çox gəlir əldə edən klub olub. Komanda 133 milyon 709 min avro gəlir əldə edib.