Əfsanəvi futbolçu vəfat etdi
84
23:44 - 29 Dekabr 2022

Braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.
TNS TASS-a istinadən xəbər verir ki, o xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Son həftələrdə koronavirusa yoluxan futbolçunun səhhəti daha da ağırlaşmışdı.
Peşəkar karyerası ərzində Pele 1363 matçda 1281 qol vurub, o cümlədən "Santos"un heyətində 1116 oyunda 1091, millidə isə 92 oyunda 77 qol vurub ki, bu da dünya rekordudur.