"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
TNS xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun komandası G qrupunun dördüncü turunda Bakıda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.
Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alıblar.
“Olimpiakos”un heyətində meydana Aleksandros Pasxalakis, Şime Vrsalko, Andreas Buxalakis, Pyer Kunde, Sokratis Papastatopulos, Marius Vrusai, Hvan İy Co, Pep Biel, Oleq Ryabçuk, Abubakar Kamara və Andreas-Rixardos Ntoi çıxıblar.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, “Qarabağ” G qrupunda 7 xalla ikinci, hesabında 1 xal olan Pirey təmsilçisi sonuncu pillədədir.