Müdafiə Nazirliyindən xəbərdarlıq - Partlayış səsləri eşidiləcək
14
11:49 - 19 May 2025

Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.
Bu barədə TNS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".