Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşüb
10
19:00 - 08 May 2025

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin hərbi nümayəndələri Azərbaycan HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər.
Bu barədə TNS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər zamanı kritik infrastrukturların mühafizəsi, gəmi təmiri, texniki baxış və yeni gəmi inşası ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin təcrübə paylaşımı ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə veriblər.