Close

Nazir regionun "görünməyən" ən güclüləri ilə görüşdü - FOTO

Bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 26-cı ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən mərasimdə iştirak edib.

Bu barədə TNS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov xüsusi təyinatlılarla görüşüb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan danışıb.

681204ab0c7e0681204ab0c7e11746011307681204ab0c7de681204ab0c7df

44 günlük Vətən müharibəsində, eləcə də digər əməliyyatlarda xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq nümunələrini qeyd edən nazir onların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Nazir xüsusi təyinatlıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və müvafiq tövsiyələr verib.

Tədbirdə Azərbaycan Ordusunun digər hərbi qulluqçuları kimi XTQ mənsublarının da sarsılmaz əzmi və yüksək peşəkarlığının ölkəmizin qürur nişanəsi olduğu diqqətə çatdırılıb.

68120566015fb68120566015fc174601149468120566015f968120566015fa

Xüsusi təyinatlılar adından çıxış edən XTQ mənsubu göstərilən diqqətə görə dövlət başçısına və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib. Ali Baş Komandanın istənilən əmr və tapşırıqlarına daim hazır olduqlarını qeyd edib və xüsusi təyinatlıların hər zaman olduğu kimi bundan sonra da Vətənə şərəflə xidmət edəcəklərini və göstərilən etimadı doğruldacaqlarını əminliklə vurğulayıb.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.