Close

Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir - FOTO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

Müdafiə Nazirliyindən TNS-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.

Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.

6810dfdf3b6ff6810dfdf3b70017459363516810dfdf3b6fb6810dfdf3b6fe

6810dfdf2cb5a6810dfdf2cb5b17459363516810dfdf2cb586810dfdf2cb59