Hərbçimiz intihar etdi
29
14:09 - 28 Aprel 2025

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov yaşadığı mənzildə intihar edib.
TNS xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə araşdırma tədbirləri həyata keçirilir.