Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu
19
11:00 - 28 Aprel 2025

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub.
TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.