Close

Dünyanın ən böyük orduları- Azərbaycan neçənci yerdədir?

Dünyanın ən böyük orduya malik ölkələri açıqlanıb.

TNS xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) 2025-ci il üzrə son hesabatını yayıb.

Nəticələr təkcə əsgər sayına görə deyil, həm də orduların strateji əhəmiyyəti və hərbi imkanları baxımından qiymətləndirilib.

Siyahıya 7,5 milyon əsgərlə Şimali Koreya başçılıq edir. Onu 6,6 milyon əsgərlə Cənubi Koreya və 5,4 milyon əsgərlə Vyetnam izləyir. Bu ölkələri müvafiq olaraq Hindistan (4,2 milyon), Rusiya (3,2 milyon) və Çin (3,04 milyon) izləyib.

Siyahıda diqqət çəkən başqa bir detal isə dünyanın ən böyük hərbi büdcəsinə sahib ölkə olan ABŞ-nin cəmi 2,1 milyon əsgərlə 9-cu yerdə olmasıdır. Bu vəziyyət həm də müasir müharibə anlayışında əsgər sayından çox texnoloji üstünlük və peşəkar qüvvələrin ön plana çıxdığını ortaya qoyur.

Azərbaycan isə 383 min 200 əsgər sayı ilə bu siyahıda yer alıb.