Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu
14
08:40 - 10 Aprel 2025

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
TNS xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Əlaqəli xəbərlər
17:13
12 Aprel 2025