Mövqelərimiz yenə atəşə tutuldu
60
11:23 - 18 Mart 2025

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun mövqeləri ötən gün saat 22:15-dən martın 18-i saat 00:20-dək fasilələrlə atəşə tutulub.