Ordumuzun mövqeləri atəşə tutuldu
17
15:08 - 17 Mart 2025

Martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə TNS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun mövqelərini müxtəlif istiqamətlərdən üç dəfə atıcı silahlarla atəşə tutub.