Close

Mövqelərimiz yenidən atəşə tutuldu

Martın 16-sı saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.