Close

16:53
03 Mart 2025

Sağlamlığında problemlər olanlar da əsgərliyə aparılır - Ombudsman

Bəzən sağlamlığında problem olan şəxslər həqiqi hərbi xidmətə cəlb edilir.

TNS xəbər verir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Bildirilir ki, belə şəxslərin hərbi xidmətə cəlb edilməsi onların sağlamlıq və mənəvi-psixoloji vəziyyətinə ciddi təsir etməklə yanaşı, nəticə etibarilə onların komandir heyəti tərəfindən döyüş hazırlığı ilə bağlı olmayan işlərə cəlb olunmasına, habelə müayinə və müalicələrinin təşkili üçün hərbi büdcədən əlavə vəsait xərcinə səbəb olur.

Hesabatda qeyd olunur ki, hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərdə həqiqi hərbi xidmətdə, ehtiyatda və istefada olan (xüsusilə Silahlı Qüvvələrin tərkibindəki başqa silahlı birləşmələrdən ehtiyata və ya istefaya buraxılmış) hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinin gecikdirilməsi, SQ-dən ehtiyata buraxılmada müəyyən problemlərin olması, bəzi hallarda bununla bağlı məhkəmə qərarlarının icrasının gecikdirilməsi, istifadə edilməmiş məzuniyyət günlərinə və əşya əmlakına görə pul kompensasiyasının vaxtında verilməməsi, möhlət və azadetmə hüququnu verən əsasların olmasına baxmayaraq, bəzi çağırışçılara münasibətdə bu hüquqdan istifadənin məhdudlaşdırılması, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsi sahəsində nöqsanlara yol verilməsi nəticəsində müddətli həqiqi hərbi xidmətə göndərilmiş bəzi gənc əsgərlərin sağlamlığında problemlərin aşkar olunması, aidiyyəti qurumlar tərəfindən zəruri sənədlərin vaxtında verilməməsi və digər hallar öz əksini tapıb.