Close

Azərbaycanda hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

Ölkəmizdə mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - deyə MN-in məlumatında deyilir.