Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik
20
19:40 - 06 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/6/eb34f76f-9a49-328a-8848-adb77a7797b3_850.jpg)
Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcək.
TNS xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
"Qardaş, dost və müttəfiq ölkələrin, o cümlədən Azərbaycan, Liviya, Bosniya və Herseqovina, Qətərin ədalətli mübarizəsinə dəstək verəcəyik", - o bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, Türkiyə böyük bir coğrafiyada sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına töhfə verir.