Daha üç şəhid dəfn olunacaq - FOTO
34
12:22 - 05 Fevral 2025
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
TNS xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir. Məlumata görə, itkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq.