"Qış təlimi - 2025" hərbi təlimləri davam edir - VİDEO
Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi- 2025" beynəlxalq hərbi təlimi çərçivəsində Azərbaycan, Türkiyə, Bosniya - Hersoqovina və Gürcüstan hərbçiləri birlikdə hərbi tapşırıqlar icra ediblər.
TNS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, adıçəkilən ölkələrdən olan xüsusi təyinatlılardan ibarət iki komanda “Birbaşa Missiya Əməliyyatı” missiyasını uğurla başa çatdırıblar.
Məlumatda təlimlərin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Təlimdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosova, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.
Xartırladaq ki, təlimlər yanvarın 16-da başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.
Kış-2025 Tatbikatı planlandığı gibi başarıyla devam ediyor.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 3, 2025
Tatbikat kapsamında;
???????? Türkiye, ???????? Azerbaycan, ???????? Bosna-Hersek ve ???????? Gürcistan Özel Kuvvet personelinin katılımı ile oluşturulan müşterek iki özel kuvvet timi, “Direkt Görev Harekâtı” görevini başarıyla… pic.twitter.com/Hfve4BSq1G