Ombudsman Azərbaycan Ordusunda seçkini müşahidə etdi - FOTOLAR
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində yerləşən 38 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.
TNS xəbər verir ki, o, məntəqədə yaradılan şəraitlə tanış olub, sonra burada seçki prosesini izləyib.
Qeyd edək ki, sözügedən məntəqədə hərbi qulluqçular da səs verir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.