Close

Müdafiə Nazirliyi əhaliyə çağırış etdi - FOTO

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində 17 yanvar 2025-ci il tarixində məhv edilmə prosesi davam edir.

Bu barədə TNS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - nazirliyin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, 15-16 yanvar tarixlərində də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Goran Təlim Mərkəzində məhv edilmə prosesi həyata keçirilib.

678a057b195ac678a057b195ad1737098619678a057b195aa678a057b195ab