Close

Bu ərazidə partlayış səsi eşidə bilərsiniz! - XƏBƏRDARLIQ

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə TNS-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".