Müdafiə Nazirliyində 1 dəqiqəlik süküt
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu münasibətlə Azərbaycan Ordusunda anım mərasimi keçirilib. Saat 12:00-da aviaqəza nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.