Azərbaycanın Qazaxıstandakı yeni hərbi attaşesi müdafiə naziri ilə görüşdü
Polkovnik Fuad İbrahimov Azərbaycanın Qazaxıstandakı yeni hərbi attaşesi təyin edilib.
Bu barədə TNS Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov dekabrın 20-də Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Qazaxıstanın müdafiə naziri ikitərəfli əməkdaşlığın müsbət dinamikasını qeyd edib və yeni təyin olunmuş hərbi attaşe polkovnik Fuad İbrahimova yeni vəzifəsində uğurlar arzulayıb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək istəklərini təsdiqləyiblər", - nazirlikdən bildirilib.