Close

Hərbçilərimiz Pakistanda keçirilən təlimlərdə iştirak edirlər

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müşahidəçi qismində iştirak edirlər.

TNS xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri (HHQ) eyni vaxtda iki böyük beynəlxalq təlim keçirir.

Bunlardan biri Çinlə, digəri isə Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə birgə keçirilir.

Bundan əlavə, Azərbaycan, Almaniya, Banqladeş, İraq, İran və Cənubi Afrika Respublikası da daxil olmaqla 20 ölkə təlimlərdə müşahidəçi qismində iştirak edir.