İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
5
15:21 - 20 Oktyabr 2024
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi prosesi davam etdirilir.
Bu barədə TNS-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixindən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
"Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda vurğulanıb.
Əlaqəli xəbərlər
13:06
22 Oktyabr 2024
13:05
22 Oktyabr 2024