Close

Kimlər hərbi xidməti Milli Müdafiə Universitetində keçəcək?

Xəbər verildiyi kimi, yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər hərbi xidməti Milli Müdafiə Universitetində çəkəcəklər.

Bu yenilik təhsil sahəsində hansı yeniliklərə səbəb olacaq?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycan Respubilkasının Müdafiə Nazirliyin müvafiq qərarı əsasında ail təhsil müəssisələrini bitirmiş, qəbul imtahanında yüksək bal toplamış məzunlar hərbi xidmət dövründə Milli Müdafiə Univeristetində intelektual bölüklərdə xidmət etmək imkanı qazanmış olacaqlar.

Ekspert qeyd edib ki, bu, bir növ həmin tələbələrin öz ixtisasları ilə bağlı bilik və bacarıqlarını tətbiqinə, eyni zamanda daha da inkişaf etdirmələrinə, əlverişli həqiqi hərbi xidmət keçmələrinə imkan yaradacaq: “Qərarın gələcək illər üçün müsbət tərəfi ondan ibarətdir ki, artıq abutiriyentlərin əksəriyəti daha da yüksək bal toplamaq istəyəcək. Qərar tələbələrə o imkanı verəcək ki, onlar gələcəkdə Milli Müdafiə Universtetində hərbi xidmətdən keçsinlər və ya aidiyyəti ixtisaslar üzrə qalıb, işləmək imkanı qazansınlar.

Milli Müdafiə Universiteti həm də yüksək bal toplayan tələbələrə çox rahat hərbi xidmət keçmək imkanı verəcək və abutiryentlərin yüksək bal toplamasına zəmin yaradacaq”.

efendi

Təhsil ekspertinin dediklərinə görə, eyni zamanda İnformasiya Texnologiyaları yönümlü ixtisaslara təlabat daha da artacaq: “Düzdür, bu qərar bütün ixtisasları əhatə edir, amma daha çox Milli Müdafiə Universtetində İT istiqamətli ixtisaslara ehtiyac var. Hesab edirəm ki, İT ixtisaslarına qəbulun sayı artacaq. Düşünürəm ki, bu qərar təhsilin inkişafında yüksək bal toplayanların sayında mütləq özünü göstərəcək. Hazırda Milli Müdafiə Univeristetində 100-120 qəbul yeri nəzərdə tutulur, amma ola bilsin ki, qarşıdakı dövrlərdə bu göstəricilərdə artım olsun”.

Ayşən Azadova