Close

Bu maşınlar da operativ nəqliyyat vasitəsi hesab ediləcək

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maşınları operativ nəqliyyat vasitəsi hesab ediləcək.

TNS-in məlumatına görə. bu barədə müddəa "Miantəmizləmə fəaliyyəti" haqqında qanunda qeyd olunub.

Bildirilir ki, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması üçün istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitəsi hesab edilir. Bununla əlaqədar "Yol hərəkəti" haqqında qanuna da müvafiq dəyişiklik təklif olunur.

Qeyd edək ki, operativ nəqliyyat vasitələri üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.