Close

Azad edilmiş ərazilərdə daha 205 mina, 625 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.10.2024 - 10.10.2024) açıqlanıb.

ANAMA-dan TNS-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 141 piyada əleyhinə mina, 64 tank əleyhinə mina, 625 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 198,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.