Müdafiə naziri: "Təminat yolları daim işlək vəziyyətdə saxlanılmalıdır"
13
12:12 - 12 Oktyabr 2024
Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir.
TNS xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov oktyabrın 12-də keçirilən xidməti müşavirə zamanı deyib.
O bildirib ki, hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılması, təminat yollarının daim işlək vəziyyətdə saxlanılması önəmlidir.