Close

Ermənistanın sərhəddə "səlib bayrağı" qaldırmasında Qərbin əli var

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçı əks olunmuş bayraq qaldırıb. Ermənilər növbəti dəfə təxribata hazırlaşır?

Məsələ ilə bağlı TNS-ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ermənistan uzun illər Azərbaycana qarşı bu cür təxribatlar həyata keçirib: "Ermənistan hələ 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycana qarşı apardığı işğal siyasətində də bu üsullardan istifadə edib. Onlar daim xristian amilini qabardaraq dəstək qazanmaq istəyirdi. Bu gün də onlar həmin xislətində, siyasi ideologiyalarında qalır. Belə düşünürlər ki, xristian dünyası ermənilərə dəstək verməlidir.

Bu prosesdə digər bir məqam da var. Qərbin radikal xristian düşərgəsi və digər liberal təşkilatlar Ermənistana qarşı loyal münasibət bəsləyir və onlara qarşı xristian təəssübkeşliyi nümayiş etdirir".

R. Məmmədli bildirib ki, əslində Qərbin Ermənistanda mövcud missiyaları, Avropa İttifaqının müşahidəçi missiyası, ABŞ-nin ordu birləşmələri məhz Qərbin "Səlib yürüşü"nə bənzəyir: "Qərb siyasi dairələrinin dəstəyi, Ermənistana göndərdiyi missiyalar bina bənzəyir.

Hesab edirəm ki, Ermənistanın bu bayrağı qaldırması təsadüfi deyil. Burada Qərbin müəyyən siyasi və dini dairələrinin təşviqi də var. Avropa İttifaqının müşahidəçi missiyası, ABŞ-nin hərbi birləşmələri məhz buna işarədir".