Türkiyənin zərbə PUA-larının Azərbaycana idxalı müzakirə edilir
7
15:38 - 26 Sentyabr 2024
Türkiyənin müxtəlif şirkətlərinin istehsal etdiyi fərqli təyinatlı, xüsusilə də zərbə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycana idxalına dair müzakirələr davam etdirilir.
Bu barədə TNS-ə Bakıda keçirilən V "ADEX-2024" sərgisi çərçivəsində məlumat verilib.
Qeyd olunub ki, hazırda bununla bağlı detallar razılaşdırılır.
Azərbaycanla Türkiyə arasında əsasən hidrogen yanacağı texnologiyası ilə işləyən kiçik həcmli pilotsuz uçuş aparatlarının idxalı da tərəflər arasında danışıqların mövzusudur.
Əlaqəli xəbərlər
18:30
26 Sentyabr 2024
18:00
26 Sentyabr 2024