Close

Ermənistan təxribat törətməklə vəziyyəti gərginləşdirir

Vətən müharibəsindən sonra Ermənistan bütün vasitələrdən istifadə edərək danışıqlar platformasını 10 noyabr bəyanatından uzaqlaşdırmağa çalışır. İrəvan Avropanın sülh prosesinə cəlb olunmasına səy göstərir.

Bunu TNS-ə hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, sonrakı dövrdə Ermənistanın yenidən silahlanmaya başlaması əslində rəsmi İrəvanın hansı məqsədlər güdməsinə işarədir: "Son vaxtlar sülhün əldə olunması üçün münbit şərait yaransa da, Azərbaycan ordusunun xüsusilə Naxçıvan istiqamətindəki mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın münaqişəni başqa bir formada qızışdırmaq niyyətindən xəbər verir. Hiss olunur ki, artıq Ermənistan sülh müqaviləsini imzalamaq istəmir, prosesi yubatmağa çalışır. Ermənistanın əsas məqsədlərindən biri bölgəyə yeni qüvvələr gətirməklə güc balansını öz xeyrinə dəyişmək, Azərbaycana qarşı müəyyən ittihamların formalaşmasına çalışmaqdır. İrəvan buy olla Avropa ilə Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışır”.

Ekspert hesab edir ki, irimiqyaslı müharibə olmayacaq: “Düşünürəm ki, lokal əməliyyatlar ola bilər".