Close

19:01
20 Sentyabr 2024

ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib - FOTO

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha iki it gətirilib.

TNS xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

Səfir itləri hava limanında qarşıladıqlarını və onların ANAMA-ya təqdim ediləcəyini bildirib.

“Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar” – səfir əlavə edib.

66ed79e7373bd66ed79e7373be172683927166ed79e7373bb66ed79e7373bc

66ed79e7a576b66ed79e7a576c172683927166ed79e7a576866ed79e7a576a