Close

13:06
19 Sentyabr 2024
11:53
19 Sentyabr 2024

Türkiyənin Baş Qərargah rəisi azərbaycanlı generalla görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.

TNS Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-leytenant N.İslamzadə Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

17:39

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.

TNS xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, Ankarada keçirilən qəbulda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu da iştirak edib.