Close

13:06
19 Sentyabr 2024
11:53
19 Sentyabr 2024

Türkiyə gələcəkdə PUA istehsalına görə lider ola bilər

Türkiyə dünyada dron istehsalı sahəsində inkişafını davam etdirir.

Hərbi ekspert Ramil Məmmədli TNS-ə deyib ki, PUA sənayesi, xüsusilə də hərbi təyinatlı pilotsuz uçuş aparatlarının istehsalı sahəsində bir sıra ixtisaslaşmış ölkələr var: "Həmin ölkələr həqiqətən də bu sahədə dünyada həm fundamental elmi-nəzəri bazaya malikdir, həm də praktik olaraq həmin məhsulların istehsalını həyata keçirir. Bunlar ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Çindir. Həmçinin İsrail də bu istiqamətdə müəyyən ciddi layihələr həyata keçirib ki, Azərbaycan ordusunda həmin PUA-lardan istifadə olunur.

Türkiyə isə bu sahədə son 10 ildə müəyyən layihələr həyata keçirib, dünya bazarına çıxış əldə edib. Bu mənada Türkiyəni artıq uğurlu ölkələrdən hesab etmək olar. Türkiyə müdafiə sənayesi artıq dünyada inkişaf etməkdə olanlar sırasındadır. Qarşıdan gələn illər ərzində Türkiyə fundamental və əsaslı yeniliklər həyata keçirərsə, məhz PUA sahəsində istehsalı yüksək səviyyədə ola bilər".

Xatırladaq ki, Türkiyə artıq PUA istehsalına görə dünyada lider ölkələr sırasına daxil edilib.