Close

13:06
19 Sentyabr 2024
11:53
19 Sentyabr 2024

Müdafiə Nazirliyinin Mətbuat xidməti ləğv edildi

Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.

TNS "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədi ilə xidmətin əvəzinə Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi yaradılıb.

İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi Mətbuat xidmətinin rəisi idi.