Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icra kimə tapşırıldığı məlum olub.

TNS-in məlumatına görə, bu vəzifənin icrası general-mayor Eldəniz Yəhyayevə həvalə olunub.

Eldəniz Yəhyayev general rütbəsini iki il öncə alıb. O, daha öncə Maddi-Texniki Təminat Baş İdarəsində Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.